BadClause - Sən heç ona bənzəməsən də (ft. Ali Ashikar)
[Youtube'dan silinən parçalar]
"Sən heç ona bənzəməsən də" Mahnı Sözləri / Lyrics
BadClause:
Bir ev var idi, o evdÉ™ biri var idi, biri yox,
Biri yaÅŸ idi, biri toz, biri ilk idi, biri son.
İtirmişdi izi yol, axı, tapa bilmədim onu. yox.
Amma sevdim səni mən sən heç ona bənzəməsən də.
Mənə görə bəzənməsən də, gəl, gözümün üstü sənin.
Kimə görə bəzənmisənsə, o kəs də üzdü səni.
Sənsizliyi üzümə vurdu güzgülərim
Və yordu hüznün məni, sən heç cür ona bənzəməsən də.
Mən "getmə" deyirdim, sən də gözləməliydin,
"Sevmə" deyirdin, düzdür, sevməməliydim.
Amma mən həmişə sanırdım ki, əbədi könlündəyəm,
İllər sonra önündəyəm, həminki adama bənzəməsəm də.
Yaşadım hər günü sənlə, yaşadıb xatirələrdə,
Gedəndə demişdin ki, ətri gözəl hər gülü dərmə.
İnan ki, sənlə ağlamaz nə vaxtsa, sənlə gülənlər,
Olma hər kəs kimi, özgələrinə bənzəmə sən də.
Chorus:
Ömrümdən ömrümü alıb,
Getsən də dönməsən mənə.
Özgəsində könlüm qalıb,
Sən heç ona bənzəməsən də.
Yaşanmışdı gör nələr-nələr,
Gözlərində "əlvida" nədən?
Sevdim səni gizlədikcə mən,
Sən heç ona bənzəməsən də.
Ali Ashikar:
Bir ev var idi, o evdÉ™ biri var idi, biri yox,
Bir yer var idi, o yerdə ayırmışdı bizi yol.
Gözəl yar idi, sevərdi istədiyim kimi o,
Sən də sevirsən məni, ona bənzəməsən də.
Bu könül istəsə belə səndən ayrı qala bilməz,
Su tökər hisslərim ardınca, de gəl dinə bilməz.
Qədrimi bilə bilməz, sən kimi sevə bilməz,
Sən kimi sevə bilsəm kaş, sən heç ona bənzəməsən də.
Yaraşmırdı barmağına üzük, əyninə gəlinlik,
Yarışmırdı saniyələr, nə sənlikdir, nə mənlik.
Bitdi bir dəfəlik, ayrılmaq istəməsək də,
Sən mənə çox yaraşırsan ona heç bənzəməsən də.
ÆlimdÉ™ dÉ™stÉ™ güllÉ™r gÉ™lmiÅŸÉ™m ki, könlün alım,
Gör nə qədər zaman keçib, daha eləmişik ömrü yarı.
Bircə söz de, qalım, bu ürək közdə yanır,
Sevərəm səni sənin qədər, sən heç ona bənzəməsən də.
- MP3: https://yadi.sk/d/wCm8TwXtzK7llQ
- Playlist yüklə: http://badclause.com/playlist-03
***
Playlist #02: https://youtu.be/KDBQ6uAKSwQ
1. "Bəzən"
2. "Yuxu"
3. "Travmal"
4. "Yaz ÅŸair"
Playlist #01: https://youtu.be/FyeHrQ1vLYA
1. "Qəfəs"
2. "Soyuq Döyüş"
3. "Təşəkkürlər"
4. "YorÄŸun"
5. "Qaranlıq"
***
Represented by: Noise Agency & BadClause Society
Media Assistant: Sona Mammadova
Web Developer: Zaur Ali
Web Content Manager: Emil Musayev
Project Manager: Miri Ahmed
*Tərəfimizə aid olan parçaların Youtube üzərindən hansısa kanala yüklәnmәsi vә ya hәrhansı portal yaxud saytda qeyri-qanuni paylaşılması qәti qadağandır. Әks tәqdirdә müәllif hüquqlarını tapdalayan kәs mәsuliyyәt daşıyacaqdır. © WediaCorp Music
"BadClause" etiketli məhsullar;
- https://shop.badclause.com
Rəqəmsal platformalar:
- iTunes: https://apple.co/2xtYvBJ
- Spotify: https://spoti.fi/2QM4rxS
Keçidlər:
- http://badclause.com
- https://vk.com/badclausemusic
- https://www.youtube.com/badclausemusic
- https://twitter.com/badclausemusic
- https://facebook.com/badclausemusic
- https://instagram.com/badclause.original
- https://soundcloud.com/badclausemusic
Noise Agency © 2019
All rights reserved © 2019, WediaCorp Music Company
Top songs from around the world today